525.Az

NATO-nun Rusiya ilə sərhəddə təliminin əsas məqsədi açıqlanıb


 

NATO-nun Rusiya ilə sərhəddə təliminin əsas məqsədi açıqlanıb<b style="color:red"></b>

Noyabrda Finlandiyada keçiriləcək NATO-nun “Lightning Strike 24” təlimi Şimali Atlantika Alyansına Rusiyanı Arktikadan sıxışdırmaq üçün lazımdır.

525.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, istefada olan polkovnik Anatoli Matviyçuk deyib.
"Bu, Rusiyanın təhlükəsizliyi üçün açıq təhdiddir və hesab edirəm ki, çoxsaylı ekspert bunun müharibəyə hazırlıq olduğuna dair fikrində haqlıdır. Söhbət ondan gedir ki, NATO hərbi məqsədlər, gələcək eskalasiya və Rusiyanı sıxışdırmaq üçün Arktika ərazisində mövqeyini möhkəmləndirmək istəyir".
Onun sözlərinə görə, NATO öz bazalarını gücləndirmək və Rusiyanı çəkindirmək üçün Norveçin, Finlandiya və İsveçin ərazisindən istifadə edir.
Xatırladaq ki, bu təlim "Dynamic Front 25" təliminin bir hissəsidir. Təlimdə altı ölkədən 3,6 min əsgər iştirak edir.

Pərvanə Sultanova

 





29.10.2024    çap et  çap et