ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri 142 il əvvəl Alyaskada hindulara məxsus Anqun kəndinə edilən hücuma görə üzr istəyiblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, HDQ-nin kontr-admiralı Mark Sukato o vaxt hərbçilərin kənd sakinlərinə iztirab verdiklərini bildirərək, üzrhaqlığın vaxtının çoxdan "yetişdiyini" söyləyib.
1882-ci ilin oktyabrında dənizçi-hərbçilər Anqun kəndinə girərək orada yaşayan hindu-tlinkitlərin evlərini, qayıqlarını və ərzaq ehtiyatlarını yandırıblar. Nəticədə tlinkitlər məhv olmaq təhlükəsi ilə üz-üzə qalıblar. Hətta cavanların ac qalmaması üçün yaşlı tlinkitlərin intihar etmələri barədə faktlar da var.
Qeyd edək ki, 1973-cü ildə kənd sakinlərinin varislərinə 90 min dollar həcmində kompensasiya verilsə də, törədilən əmələ görə heç kim onlardan üzr istəməmişdi.

Ləman Tağıyeva
çap et