Çinin tanınmış "XPeng" şirkəti dünyada ilk dəfə olaraq uçan avtomobillər istehsal edəcək zavodun tikintisinə başlayıb.
525.az Çin mətbuatına istinadən xəbər verir ki, avtomobillər "AeroHT" adlandırılacaq.
Zavod ölkənin cənubunda yerləşən Quançjou şəhərində yerləşir. 180 min kv.m ərzasi olan istehsal müəssisəsi ildə 10 min avtomobil buraxmağı nəzərdə tutub. "Uçan maşın"ların qiyməti isə 280 min dollar olacaq.
Qeyd edək ki, şirkət artıq, nəqliyyat vasitəsini sınaqdan keçirib. İctimaiyyət üçün nümayiş gələn ay təşkil olunacaq. Avtomibillərə sifariş isə bu ilin sonlarından qəbul olunacaq.


L.Tağıyeva
çap et