525.Az

İspaniyada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb


 

İspaniyada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb<b style="color:red"></b>

İspaniyada daşqınlar nəticəsində bir neçə insan həyatını itirib, 7 nəfərin axtarışları davam edir.

525.az İspaniya mətbuatına istinadən xəbər verir ki, daşqınlar Valensiya, Kastiliya və Andalusiya əyalətlərində ciddi dağıntılara səbəb olub.

Fövqəladə hallar xidmətinin əməkdaşları bir neçə meyit aşkarlayıblar. Hələlik, onların sayı və kimlikləri barədə məlumat verilmir.

Kastiliyada pilotsuz uçuş aparatları vasitəsilə itkin düşmüş 6 nəfərin axtarışları hələlik bir nəticə verməyib. Valensiyanın Alkudiya şəhərində isə yük maşını sürücüsündən xəbər yoxdur.

Leysan, külək və daşqınlar nəqliyyatln işinə də ciddi əngəllər törədib. Valensiyada 12 təyyarə reysi başqa səmtə yönləndirilib. 10 reys isə ümumiyyətlə, ləğv edilib.

Andalusiya bölgəsində sürət qatarı relsdən çıxıb. Yaxşı ki,  276 sərnişindən heç biri xəsarət almayıb.

Qeyd edək ki, ölkənin metroloji agentliyi olan AEMET Valensiyada qırmızı, Andalusiyanın bəzi yerlərində isə narıncı təhlükə elan edib.

L.Tağıyeva

 





30.10.2024    çap et  çap et