ABŞ-nin maliyyə naziri Janet Yellen Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaqlarını bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yellen qiymətləndirmələrini Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantıları çərçivəsində keçirdiyi mətbuat konfransında verib.
Rusiyanın sanksiyalardan yayınmaması üçün tədbirləri davam etdirdiklərini ifadə edən Yellen, qarşıdakı həftə ərzində Rusiyaya, o cümlədən Rusiyaya hərbi baxımdan kritik töhfə verən üçüncü ölkələrdəki vasitəçilərə qarşı “güclü yeni sanksiyalar” elan edəcəklərini bildirib.
Yellen ABŞ-nin Yaxın Şərqdəki münaqişələrə cavab olaraq əlində olan bütün vasitələrdən istifadə etdiyini və bu ayın əvvəlində İranın İsrailə hücumuna cavab olaraq İrana təzyiqi artırmaq üçün əlavə addımlar atdıqlarını və İrana qarşı sanksiyalar tətbiq edildiyini bildirib.
Malik Atilay
çap et