525.Az

ABŞ-də daşqın nəticəsində 2 nəfər ölüb


 

ABŞ-də daşqın nəticəsində 2 nəfər ölüb<b style="color:red"></b>

ABŞ-nin Nyu-Meksiko ştatında güclü yağışların yaratdığı daşqın nəticəsində ilkin məlumatlara görə 2 nəfər həyatını itirib, 300-ə yaxın insan xilas edilib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Nyu-Meksiko əyalət polisi Rosvel şəhərinə təsir edən güclü yağışlar nəticəsində meydana gələn daşqınlarda 2 nəfərin həyatını itirdiyini bildirib.

Ştat qubernatoru Mişel Lujan Qrişam Rosvelin yerləşdiyi Chaves County üçün fövqəladə vəziyyət elan edib və daşqından zərər çəkənlərin sağalmasına kömək etmək üçün dövlətdən 1 milyon dollar ayırıb.

Nyu-Meksiko Milli Qvardiyasından verilən açıqlamada sel səbəbiylə maşınlarında sıxışan 290 nəfərin axtarış-xilasetmə qrupları tərəfindən xilas edildiyi bildirilib. Xilas edilənlərdən 38-nin xəstəxanaya yerləşdirildiyi, xilasetmə işlərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, ABŞ Milli Meteoroloji Xidməti (NWS) Nyu-Meksiko ştatının mərkəzi və şərqində həftə ərzində davam edəcəyi proqnozlaşdırılan güclü yağışın səbəb olduğu daşqınlar barədə ictimaiyyətə xəbərdarlıq edib.

Malik Atilay 

 





28.10.2024    çap et  çap et