525.Az

Cənubi Koreya və İngiltərə: Şimali Koreyanın Rusiyaya ordu göndərməsini pisləyirik


 

Cənubi Koreya və İngiltərə: <b style="color:red">Şimali Koreyanın Rusiyaya ordu göndərməsini pisləyirik</b>

Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və Seulda olan Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Şimali Koreyanın Rusiyaya dəstək olaraq Ukraynaya əsgər göndərdiyi iddiaları ilə bağlı birgə açıqlama verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, “Biz Şimali Koreyanın qeyri-qanuni silah tədarükünü davam etdirməsini və Moskvanın Ukraynadakı qeyri-qanuni müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun göndərməsini qəti şəkildə pisləyirik”, - deyə bəyanatda bildirilib.

Bəyanatda: “Rusiyanın əsgər və silah göndərilməsi müqabilində Şimala nə təmin etdiyinə nəzarət edildiyi” və Moskvanın nüvə və ya ballistik raket texnologiyalarının Pxenyana mümkün transferindən “dərin narahat olduqları”", - qeyd edilib.

Malik Atilay 

 





28.10.2024    çap et  çap et