525.Az

Ukraynaya xarici qoşunların göndərilməsi nüvə münaqişəsinə aparacaq - Zaxarova


 

Ukraynaya xarici qoşunların göndərilməsi nüvə münaqişəsinə aparacaq - <b style="color:red">Zaxarova</b>

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xarici hərbi birləşmələrin Ukraynaya göndərilməsinin birbaşa nüvə gücləri arasında qarşıdurmaya səbəb olacağını bildirib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.

Fransanın müdafiə naziri Sebastien Lecornunun “Ukraynada qeyri-nüvə çəkindirici qüvvələrin yerləşdirilməsinə diqqət yetirilməlidir” ifadəsi ilə bağlı sualı cavablandıran Zaxarova digər Qərb rəsmilərinin də bu məsələyə toxunduğuna diqqət çəkib.

Zaxarova: "Ukraynaya xarici hərbi birləşmələrin göndərilməsi birbaşa nüvə gücləri arasında qarşıdurmaya səbəb olacaq. Bu, fəlakətlə nəticələnəcək", - deyib.

Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Zaxarova: “Kiyevin NATO-ya dəvət edilməsi nə indi, nə də gələcəkdə Rusiya ilə danışıqlar mövzusu ola bilməz”, - deyə qeyd edib.

Malik Atilay 

 





29.10.2024    çap et  çap et