525.Az

Filippində "Trami" qasırğası nəticəsində 24 nəfər ölüb


 

Filippində "Trami" qasırğası nəticəsində 24 nəfər ölüb<b style="color:red"></b>

Filippinin şimal-şərqində "Trami" tropik qasırğasının səbəb olduğu yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində 24 nəfər həyatını itirib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Filippin mətbuatında yayılan xəbərlərə görə, fırtına nəticəsində yağan yağış, daşqın və torpaq sürüşməsi ölkənin şimal-şərqində müxtəlif bölgələrdə həyata mənfi təsir edib.

Rəsmilər ən azı 24 nəfərin öldüyünü, əksəriyyətinin ağır zərər çəkmiş Bikol bölgəsində və yaxınlıqdakı Quezon əyalətində boğularaq öldüyünü bildirib.

Daşqınlar və torpaq sürüşmələri səbəbindən şəhər və kəndlərə çatmağın çətinliyinə diqqət çəkərək, ölənlərin sayının artacağının gözləndiyini bildirib. 

Səlahiyyətlilər Luzon adasında məktəblərin və hökumət binalarının 2 gün bağlı qalacağını açıqlayıb.

Hökumət 2 milyondan çox insanın fırtınadan təsirləndiyini, o cümlədən 75,400 kəndlinin evlərini tərk edərək təhlükəsiz yerlərə sığındığı bildirilib.

Hər il orta hesabla 20 tufan və qasırğanın baş verdiyi Filippində 2013-cü ildə “Haiyan” tayfunu səbəbindən 7300-dən çox insan həyatını itirib və böyük dağıntılar baş verib.

Malik Atilay 

 





29.10.2024    çap et  çap et