525.Az

Avstraliyada təyyarələr toqquşdu - 3 nəfər öldü


 

Avstraliyada təyyarələr toqquşdu - <b style="color:red">3 nəfər öldü</b>

Avstraliyanın Sidney şəhərində iki kiçik təyyarənin toqquşaraq meşəlik əraziyə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, regional polis Sidneydə baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib.

Açıqlamada iki kiçik təyyarənin havada toqquşaraq meşə sahəsinə düşdüyü, 3 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu (ATSB) qəzanı araşdırır.

Malik Atilay 

 





30.10.2024    çap et  çap et