Meksikanın cənubunda təhlükəsizlik qüvvələrinin cinayət təşkilatına qarşı keçirdiyi əməliyyatda 16 nəfər həyatını itirib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Meksikanın Qerrero ştatının Tecpan de Qaleana qəsəbəsində keçirilən əməliyyat zamanı əsgərlərlə cinayətkar dəstə üzvləri arasında qarşıdurma yaranıb.
Qarşıdurmada 16 nəfər ölüb, 3-ü əsgər olmaqla çoxlu sayda insan yaralanıb.
Səlahiyyətlilər açıqlamalarında əməliyyatın silahlı şəxslərin hərbi obyektlərə hücumundan sonra həyata keçirildiyini bildiriblər.
Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirilən mətbuat konfransında hadisələri yaxından izlədiklərini və prosesin baş prokurorluq tərəfindən həyata keçirildiyini bildirib.
Malik Atilay
çap et