Meksikanın Qvatemala ilə sərhədində, Çiapas ştatı sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Meksikadakı zəlzələnin episentrinin Çiapas ştatının Brisas Barra de Suchiate bölgəsindən 82 kilometr cənub-qərbdə olduğunu bildirib.
Təxminən 10 kilometr dərinlikdə qeydə alınan 5,8 bal gücündə zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
Qeyd edək ki, zəlzələdən sonra "sunami" xəbərdarlığı edilməyib.
Malik Atilay
çap et