525.Az

Rusiya Ukraynanın neft anbarına zərbələr endirib


 

Rusiya Ukraynanın neft anbarına <b style="color:red"> zərbələr endirib</b>

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün məhsul istehsal edən neft bazasına zərbələr endirib.

525.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat zonasında baş verən hadisələrlə bağlı gündəlik hesabatında qeyd olunub. 

Bildirilib ki, müəyyən edilmiş hədəfə zərbələr uzaqmənzilli silahlarla həyata keçirilib.

Həmçinin qeyd olunub ki, son 24 saat ərzində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromlarının infrastrukturuna, sursat anbarlarına zərbələr endirib, düşmənin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi 147 əraziyə hücum edib.

Xatırladaq ki, dünən Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Selidova şəhərini tam nəzarətə götürüb.

İbrahim Cəfərov

 





30.10.2024    çap et  çap et