525.Az

Hakerlər ABŞ Poçt Xidmətinin informasiya sisteminə müdaxilə edib


 

Hakerlər ABŞ Poçt Xidmətinin informasiya sisteminə müdaxilə edib<b style="color:red"></b> Naməlum hakerlər ABŞ Poçt Xidmətinin informasiya sisteminə müdaxilə ediblər. 
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə cinayətkarlar xidmətin 500 min əməkdaşının fərdi məlumatını ələ keçirib.
 
Baş vermiş hadisənin təhqiqatı ilə ABŞ Poçt Xidməti və Federal Təhqiqatlar Bürosu (FTB) məşğul olur.
 
Qeyd edək ki, hazırda FTB insidentin miqyasını aydınlaşdırır. Əldə olunan məlumata görə, hakerlər Poçt Xidmətinə yanvar-avqustda müştəri dəstəyinə görə müraciət edən vətəndaşların fərdi informasiyasına çıxış əldə ediblər. Bu informasiya məhduddur və poçt qulluqçuları haqqında məlumatlara çıxış ilə müqayisədə mühüm əhəmiyyət kəsb etmir, - “TASS” yazır.
 





11.11.2014    çap et  çap et