525.Az

Azərbaycanda oynayan futbolçu Moldova millisinə çağırıldı


 

Azərbaycanda oynayan futbolçu Moldova millisinə çağırıldı<b style="color:red"></b>


"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə çağırılıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq. Müdafiəçi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Andorra, noyabrın 19-da isə Cəbəllütariqlə  keçiriləcək yoldaşlıq oyunları üçün Moldova millisinə dəvət alıb.

 





30.10.2024    çap et  çap et