525.Az

Makrondan narazı olan fransızların sayı rekord həddə çatıb


 

Makrondan narazı olan fransızların sayı rekord həddə çatıb<b style="color:red"></b>

Fransa prezidenti Emmanuel Makronu ölkə əhalisinin yalnız 17 faizi dəstəkləyir.

525.az xəbər verir ki, bu barədə “Figaro Magazine” “Verian-Epoka” kompaniyasının araşdırmasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, Makronun 2017-ci ildə prezident seçilməsindən sonra ona ən aşağı dəstək səviyyəsidir.

“Respondentlərin 78 faizi dövlət başçısının fəaliyyətindən narazıdır. Makrona olan dəstək “sarı jiletlilər” böhranının zirvəsində olduğundan daha zəifdir”, - deyə araşdırmada qeyd olunub.

Müəlliflər Makronun populyarlığının aşağı düşməsini  iyunda parlamentin buraxılması ilə əlaqələndirirlər.

İbrahim Cəfərov

 





30.10.2024    çap et  çap et