525.Az

Çində qasırğa nəticəsində 7 nəfər ölüb, itkin düşən var


 

Çində qasırğa nəticəsində 7 nəfər ölüb, itkin düşən var<b style="color:red"></b>

Çinin cənubundakı Haynan ada əyalətində "Trami" qasırğası nəticəsində 7 nəfər ölüb, daha bir nəfər itkin düşüb.

525.az “Report” a istinadən xəbər verir ki,  bu barədə Çinin Fövqəladə Halların İdarə Edilməsi Departamenti məlumat yayıb.

“Trami” bu il sayca 20-ci qasırğadır. Oktyabrın 28-dən Haynanın bir çox ərazilərinə güclü yağış yağıb.

Məlumata görə, 40 mindən çox insan təxliyə edilib.

 





30.10.2024    çap et  çap et