Buones-Ayres əyalətinin Vilya-Hesel şəhərində 10 mərtəbəli hotel uçub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində dağıntılar altında bir neçə nəfər qalıb.
Xilasedicilər sağ qalanları dağıntılar altından çıxarmağa çalışır.
Qeyd edək ki, hotel son vaxtlar işləmirdi. Orada yenidənqurma və təmir işləri aparılırdı. Yerli mətbuatın iddialarına görə, hotelin uçmasına da səbəb məhz bu ola bilər.
L.Tağıyeva
çap et