525.Az

Arnold Şvarsnegger seçkidə kimi dəstəkləyəcək?


 

Arnold Şvarsnegger seçkidə kimi dəstəkləyəcək?<b style="color:red"></b>

Tanınmış aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsnegger ABŞ prezidentliyinə seçkilərdə dəstəkləyəcəyi namizədin adını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun seçimi Kamala Harrisdən yana olub.

“Mən prezident seçkilərində Kamal Harrisə, vitse-prezident kimi isə Tim Uoltsa (demokratların namizədi - red.) səs verəcəyəm”, - deyə Arnold Şvarsnegger bildirib.  

Keçmiş qubernator əlavə edib ki, prezidenliyə digər namizəd Donald Tramp amerikalıların problemlərini həll edə biləcək gücdə deyil.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

İbrahim Cəfərov

 





31.10.2024    çap et  çap et