525.Az

Martines "Qızıl top" sıralanmasındakı yerindən narazıdır


 

Martines "Qızıl top" sıralanmasındakı yerindən narazıdır<b style="color:red"></b>

Argentina millisinin və "İnter" hücumçusu Lautaro Martinez "Qızıl Top"a namizədlikdə 7-ci yeri tutması haqda danışıb.

QOL.az DAZN nəşrinə istinadən xəbər verir ki, o, deyib: "Açığı, "Qızıl Top" mükafatından 7-ci yerdən də yüksək nəticə gözləyirdim. Bəzən bu cür mükafatlar ədalətli olmur. Öz üzərimdə daha da çox işləyəcəyəm ki, daha yüksək yerlərdə olum". 

Qeyd edək ki, Lautaro Martinez ötən mövsüm "İnter"in heyətində 44 oyuna çıxaraq 27 qol vurub və 7 qolun ötürməsini verib. 

 





31.10.2024    çap et  çap et