525.Az

Çin ABŞ-ın investisiya məhdudiyyətlərinə dair qaydalarına ciddi etiraz edir


 

Çin ABŞ-ın investisiya məhdudiyyətlərinə dair qaydalarına ciddi etiraz edir   <b style="color:red"></b>

Rəsmi Pekin ABŞ-ın Çində investisiya məhdudiyyətləri ilə bağlı qaydalarının son variantına qəti şəkildə etiraz edir.

525.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin açıqlamasında deyilir.

Nazirlik bəyan edib ki, Çin ABŞ tərəfinə mövqeyini çatdırıb və tədbir görmək hüququnu özündə saxlayır.

“ABŞ milli təhlükəsizlik anlayışını həddən artıq geniş şərh edir, Çinə sərmayə qoyuluşunu məhdudlaşdırmaq üçün diskriminativ tədbirlər görür ki, bu da tipik qeyri-bazar təcrübəsidir. ABŞ-ın məhdudiyyətləri çiplər, süni intellekt və kvant hesablamaları kimi sənayeləri hədəfləyir. Bunların əksəriyyəti milli təhlükəsizliklə bağlı deyil, lakin ABŞ-ın qadağası onlara təsir edəcək”, - açıqlamada vurğulanıb.

Qeyd olunub ki, bu addım Çin və Amerika şirkətləri arasında normal ticarət-iqtisadi əməkdaşlığı pozacaq və hər iki ölkədə biznesin maraqlarına zərər verəcək: “Çin ABŞ-ı bazar iqtisadiyyatı qanunlarına hörmət etməyə, iqtisadi və ticarət sahəsində milli təhlükəsizliyin sərhədlərini düzgün müəyyənləşdirməyə, iqtisadi və ticarət məsələlərini siyasiləşdirməyi və onlardan silah kimi istifadə etməyi dayandırmağa çağırır”.

Pərvanə Sultanova

 





31.10.2024    çap et  çap et