Pakistan prezidenti Asif Əli Zərdari oktyabrın 30-da axşam Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən ayağını sındırıb.
525.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, dövlət başçısı yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb. Tibbi müayinədən sonra onun ayağı gipsə qoyulub.
Qeyd olunub ki, Asif Əli Zərdariyə tam sakitlik lazımdır. Prezident dörd həftə gipsdə qalmalı olacaq.
İbrahim Cəfərov
çap et