525.Az

"Traktor" Tehranda əzəli rəqibinə qalib gəldi


 

"Traktor" Tehranda əzəli rəqibinə qalib gəldi<b style="color:red"></b>

Təbrizin "Traktor" klubu İran çempionatında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 10-cu turda Tehranda əzəli rəqibi "İstiqlal"la qarşılaşıb. Oyun "Traktor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Al-qurdlar"ın qollarını Aaref Ağhasi (56) və Səyyad Aşuri (87) vurub.

Bu nəticədən sonra xallarını 19-a çatdıran "Traktor" liderliyini qoruyub.

 





31.10.2024    çap et  çap et