525.Az

Döşəklə birlikdə 50 min avronu zibilliyə atdı


 

Döşəklə birlikdə 50 min avronu zibilliyə atdı<b style="color:red"></b>

İtaliyada Montebelluna şəhərinin sakini, 80 yaşlı qadın lazımsız köhnə döşəyi zibilliyə atıb.

525.az İtaliya mətbuatına istinadən xəbər verir ki, döşəyin içində 50 min avro var imiş.

Qarı uzun illər yığdığı pulları döşəyin içində gizlədbmiş. Bu yolla o, pullarını qarətçilərdən qorumaq istəyirmiş. Üstəlik, banklara etibar etməyən qadın döşəyi atarkən, orada pul olduğunu unudubmuş.

Qeyd edək ki, bir müddət sonra "ayılan" qadın polisə müraciət edib. Polislər döşəyi şəhər zibilxanasında aşkarlayıblar. Pullar da içində.

L.Tağıyeva

 





01.11.2024    çap et  çap et