525.Az

Gürcüstanda bülletenləri kütləvi şəkildə qutulara atmaqda təqsirli bilinən iki nəfər həbs edilib


 

Gürcüstanda bülletenləri kütləvi şəkildə qutulara atmaqda təqsirli bilinən iki nəfər həbs edilib<b style="color:red"></b>

Gürcüstanın Marneuli Magistrat Məhkəməsi parlament seçkiləri günü Marneuli yaxınlığındakı seçki məntəqələrindən birində bülletenləri kütləvi şəkildə qutulara atmaqda ittiham olunan iki vətəndaşı həbs edib.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" televiziya şirkəti məlumat yayıb.

“Saxlanılanlardan biri Marneuli Şəhər Şurasının sədr müavinidir”, - məlumatda bildirilib.

 





01.11.2024    çap et  çap et