525.Az

Ərdoğan İstanbulda İraqın Baş nazirini qəbul edib


 

Ərdoğan İstanbulda İraqın Baş nazirini qəbul edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əs-Sudanini İstanbulda qəbul edib.

525.az “Report”-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.

Məlumata görə, görüş İstanbulda Vahdettin iqamətgahında keçirilir.

Bildirilib ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə edirlər.

 





01.11.2024    çap et  çap et