Polşada Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevə hərbi dəstəyin azaldılması ilə bağlı iradlarına cavab olaraq, ölkənin imkanlarının hazırda çox məhdud olduğunu bildiriblər.
525.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski müdafiə naziri Vladislav Kosiniyak-Kamışla birgə mətbuat konfransında deyib.
Jurnalistlərin, xüsusən, Varşavanın əvvəllər vəd edilmiş MiQ-29 qırıcılarını Kiyevə təhvil vermək niyyətindəki dəyişiklikləri və Ukrayna ərazisi üzərində Rusiya raketlərinin tutulmasında yardımdan imtinasının səbəblərini soruşublar.
"Ukraynada 300-ə yaxın Polşa tankı, çoxlu ağır texnika, o cümlədən təyyarələr var, lakin biz həm də cəbhəyanı dövlətik, Rusiya bizi də təhdid edir və hər şey mümkün deyil", - polşalı XİN başçısı deyib.
Kosinyak-Kamış əlavə edib ki, Polşanın özünün müdafiə qabiliyyəti indi Ukraynaya yardımdan daha vacibdir: "Polşa Ukraynaya mümkün qədər çox hərbi texnika ötürdü, lakin mühüm olan Polşanın müdafiə qabiliyyəti və təhlükəsizliyidir".
Bundan əvvəl, oktyabrın 31-də Zelenski Polşanı NATO ilə razılaşmadan sonra MiQ-29 qırıcılarını Kiyevə verməkdən imtina etdiyinə görə qınamışdı. Onun sözlərinə görə, o, NATO-nun keçmiş baş katibi Yens Stoltenberqlə qırıcıların təhvil verilməsi ilə bağlı razılığa gəlib və Polşa sovet MiQ-29-larını Kiyevə, Şimali Atlantika Alyansı isə Varşavaya bunu kompensasiya etməli Amma bu hələ baş verməyib.
Pərvanə Sultanova
çap et