525.Az

Berlin vağzalında partlayıcı maddə tapıldı


 

Berlin vağzalında partlayıcı maddə tapıldı<b style="color:red"></b>

Polis Berlinin Noyköln dəmir yolu vağzalında yoxlama apararkən, çantada partlayıcı aşkarlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, çantanın sahibi vağzaldan qaça bilib.

Əraziyə xeyli polis və yanğınsöndürən cəlb edilib.

Partlayıcının tərkibi haqqında məlumat yoxdur. Polis tərkibi müəyyənləşdirməyin əvəzinə sarınmış yarım kiloqramlıq partlayıcını məhv etməyi daha məqsədəuyğun hesab edib və yaxınlıqdakı parkın ərazisində partladıb.

Qeyd edək ki, baş verənlərlə bağlı cinayət işi açılıb. Polis bağlamanın naməlum sakininin axtarışına başlayıb.

L.Tağıyeva

 





02.11.2024    çap et  çap et