525.Az
Uşaq bağçasının yaxınlığında top mərmisi tapılıb
Bakı şəhərində top mərmisi aşkarlanıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə Yeni Yasamal-1 ünvanında qeydə alınıb.
Vətəndaşlar polisə 98 saylı uşaq bağçasının yaxınlığında mərmi tapılması barədə məlumat veriblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görür.
11.11.2014
çap et