525.Az

Almaniyada yük qatarında yanğın


 

Almaniyada yük qatarında yanğın<b style="color:red"></b>

Berlin-Marzahnda “Ahrensfeld” dəmir yolu vağzalında dizel yüklü qatarda yanğın olub.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Hadisə yerinə yanğınsöndürənlər və polis cəlb edilib. Yanğınla əlaqədar vağzalın işi tam dayandırılıb. Yanğın 3 vaqonu əhatə edib.

Yanğın söndürülüb və vağzalın işi bərpa edilib.

 





03.11.2024    çap et  çap et