525.Az

Tramp: Harris qalib gələcəyi təqdirdə ABŞ-də “iqtisadi depressiya” yaşanacaq


 

Tramp: Harris qalib gələcəyi təqdirdə ABŞ-də “iqtisadi depressiya” yaşanacaq<b style="color:red"></b>

Prezidentliyə namizəd Kamala Harris qalib gəlsə, Birləşmiş Ştatlar 1929-cu ildəki kimi “iqtisadi depressiya” ilə qarşılaşacaq.

525.az APA-ya istinadən xəbər verir ki, Respublikaçı namizəd Donald Tramp bunu noyabrın 2-də Şimali Karolina ştatının Qastoniya şəhərində keçirilən mitinqdə deyib.

“Kamala Harris qalib gəlsə, yəqin ki, milyonlarla insan öləcək. Bu, xeyriyyə tədbiri deyil - bu, dünyanın ən böyük və ən çətin vəzifəsinə seçkidir”, - Tramp vurğulayıb.

 





03.11.2024    çap et  çap et