525.Az

Türkiyədə yaşayış binasında partlayış - 1 ölü, 17 yaralı


 

Türkiyədə yaşayış binasında partlayış - <b style="color:red">1 ölü, 17 yaralı</b>

Türkiyənin şimalındakı Çorum şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb.

525.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Osmancık küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə məişət qazı partlayıb.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Partlayış nəticəsində evin bir neçə mərtəbəsi demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə ziyan dəyib.

 





03.11.2024    çap et  çap et