525.Az

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb


 

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb<b style="color:red"></b>

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər itkin düşmüş hesab edilir. Ölənlərin meyitlərinin axtarışı davam edir.

Bundan əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlar daşqınlara səbəb olub.

Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 500-ə çata bilər.Valensiyada 2 minə yaxın insanın itkin düşdüyü də məlumdur. İspaniya hökuməti 3 günlük matəm elan edib.

 





03.11.2024    çap et  çap et