|
|
|
|
Türkiyə Milli Pediatriya Dərnəyi uşaq həkimlərinin təhsili üçün çox önəmlidir. Bizim qurucumuz İhsan Doğramacının dediyi kimi, daha irəliyə, ən irəliyə deyil, təhsilə hər səviyyədə, hər məsələdə önəm verilməlidir.
Bunu 525.az-a Türkiyə Milli Pediatriya Dərnəyinin sədri Yıldız Camcıoğlu deyib.
O bildirib ki, təkcə beynəlxalq və mərkəzdə deyil, bölgələrdə də toplantılar təşkil edirlər. Ən sonuncu Urfada konfrans keçirilib:Regionlarda hər həkim konqreslərə, toplantılara qatıla bilmir. Azərbaycan da belədir. Burdakı həkimlərlə əməkdaşlıq etmək hədəfimiz və son dərəcə məmnun olduğumuz məqamdır. Çünki bir millət, iki dövlət baxışında burdakı həkimlərinin də bilik və bacarıqlarının artırması üçün işlər görmək bizim üçün böyük şərəfdir".
O bildirib ki, bu il Şimali Kiprdə konfransımız oldu və əməkdaşlığı davam etdirirlər.
Son vaxtlar ən çox yayılan uşaq xəstəliklərindən danışan professor deyib ki, xəstəliklər mövsümə görə dəyişir. Xroniki xəstəlikləri olan uşaqlar çoxdur və onlar daha tez ağır infeksion xəstəliklərə yoluxa bilirlər.Qidalanmanın yaxşı olması, vitaminlərin qəbulu, dəmir çatışmazlığı varsa, bunun tamamlanması çox önəmlidir.
Xanım Camcıoğlu əlavə edib ki, vitaminlərin qəbulu da nəzarətdə olmalıdır: "Məsələn, D vitamini çox qəbul ediləndə digər fəsadları olur. Bu vitaminin qəbulu zamanı onun orqanizmdə çatışmazlıq dərəcəsi müəyyən edilməlidir. Bu vitamini uşaqlara gündəlik dozada cerilməyi tövsiyə edirəm.
Pərvanə Sultanova