525.Az

Yunanıstanın şimal-şərq sahilində güclü zəlzələ olub


 

Yunanıstanın şimal-şərq sahilində güclü zəlzələ olub<b style="color:red"></b>

Yunanıstanın Halkidiki yarımadasının sahilində 5,3 maqnitudalı zəlzələ olub.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Yeraltı təkanların episentri əhalisi 354 min olan Saloniki şəhərindən 64 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə hələlik məlumat yayılmayıb. Regionda sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, noyabrın 3-də İranda baş vermiş güclü zəlzələdə doqquz nəfər yaralanmışdı.

Daha əvvəl ABŞ-nin, Ficinin, həmçinin Rusiyanın sahillərində zəlzələlər qeydə alınmışdı.

 





03.11.2024    çap et  çap et