525.Az

Meksikada polad zavodunda partlayış - 12 nəfər ölüb


 

Meksikada polad zavodunda partlayış - <b style="color:red">12 nəfər ölüb</b>

Meksikanın mərkəzində Tlaxcala əyalətində fəaliyyət göstərən polad zavodunda baş verən partlayışda 12 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən bildirir ki, ştatın San Kosme Xaloztoc qəsəbəsindəki polad zavodunda partlayış olub.

Partlayış nəticəsində 12 nəfər ölüb, çox sayda yaralı var. Yaralılar xəstəxanaya çatdırılıb.

Tlaxcala əyalətinin qubernatoru Lorena Kuellar verdiyi açıqlamada polad zavodunda qazanda partlayış baş verdiyini və hadisənin prokurorluq tərəfindən hərtərəfli araşdırıldığını bildirib.

Baş verən hadisədən böyük kədərləndiklərini ifadə edən Kuellar: "Mərhumların ailələrinin dərdinə şərikəm, onları bu çətin zamanda tək qoymayacağıq", - deyib.

Malik Atilay 

 





04.11.2024    çap et  çap et