525.Az

Papua Yeni Qvineyada 6 bal gücündə zəlzələ


 

Papua Yeni Qvineyada 6 bal gücündə zəlzələ<b style="color:red"></b>

Papua Yeni Qvineyanın Kimbe sahillərində 6 bal gücündə zəlzələ baş verib.

525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6 bal gücündə zəlzələnin episentrinin Qərbi Yeni Britaniya əyalətinin Kimbe şəhərindən 121 kilometr şimalda olduğunu açıqlayıb.

Təxminən 521 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.

Qeyd edək ki, Papua Yeni Qvineya Sakit Okeanın "Alov halqası"nda yerləşir, burada dünyada ən çox zəlzələ və vulkanik fəaliyyət baş verir.

Malik Atilay 

 





04.11.2024    çap et  çap et