Filippində təsirli olan Tropik "Trami" qasırğası və "Konq-rey" qasırğaları nəticəsində ölənlərin sayı 145-ə yüksəlib.
525.az Filippin Xəbər Agentliyinə (PNA) istinadən xəbər verir ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) tərəfindən Trami və Kong-rey qasırğasının təsirləri ilə bağlı açıqlama verilib.
Açıqlamada oktyabrın 24-dən bu yana ölkədə baş verən təbii fəlakətlər nəticəsində 145 nəfərin öldüyü bildirilib.
Filippin Meteorologiya Bürosunun (PAGASA) sosial media platforması Facebook hesabından edilən açıqlamada Kong-rey qasırğasının mərkəzinin Caqayan bölgəsindən 350 kilometr uzaqlıqda olduğu və tayfunun sürətinin saatda 230 kilometrə çatdığı bildirilib.
Səlahiyyətlilər gəmilərə limandan çıxmamağı, dənizdə olanlara isə ən qısa zamanda təhlükəsiz limanda yanaşmağı tövsiyə edib.
Malik Atilay
çap et