525.Az

Nigeriyada güclü yağış və daşqınlar nəticəsində 321 nəfər ölüb


 

Nigeriyada güclü yağış və daşqınlar nəticəsində 321 nəfər ölüb<b style="color:red"></b>

Nigeriyada aylardır davam edən leysan yağışları nəticəsində meydana gələn daşqınlarda həyatını itirənlərin sayı 321-ə yüksəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Anambra qubernatoru Çukvuma Soludo paytaxt Abucadakı Prezident İqamətgahında keçirilən Milli İqtisadi Şuranın (NEC) iclasından sonra jurnalistlərə açıqlama verib.

Soludo aprel-oktyabr ayları arasında davam edən leysan yağışlar səbəbindən ölkənin 217 bölgəsində daşqınların baş verdiyini bildirib.

Seldə həyatını itirənlərin sayının 321-ə yüksəldiyini qeyd edən Soludo, 2 854 nəfərin yaralandığını vurğulayıb.

Sellərdən 1 milyon 300 mindən çox insanın zərər çəkdiyini bildirən Soludo: "Sellər səbəbiylə 740 min 743 adam məcburi köçkün olub, 281 min ev zərər görüb", - deyib.

Qubernator Soludo, NEC-in Su Ehtiyatları və Kanalizasiya Nazirliyinə daşqının dağıdıcı təsirini azaltmağa yönəlmiş bir addım olaraq ölkənin su yollarının və bəndlərinin vəziyyətinin hərtərəfli bütövlüyünə baxılmasına başlamaq üçün göstəriş verildiyini bildirib.

Malik Atilay

 





04.11.2024    çap et  çap et