525.Az

İspaniyada daşqından zərərçəkənlər krala etiraz ediblər


 

İspaniyada daşqından zərərçəkənlər krala etiraz ediblər<b style="color:red"></b>

İspaniyada ölkə tarixində ən dəhşətli daşqın fəlakətinin baş verdiyi Valensiya bölgəsində xalq kral VI Felipe, baş nazir Pedro Sançesə və Valensiya muxtar hökumətinin başçısı Karlos Mazona etiraz ediblər.

525.az xarici mediaya istinadən xəbər verir ki, daşqınlardan ən çox zərər çəkən Valensiyanın Paiporta bölgəsinə gedən Kral VI Felipe, həyat yoldaşı Kraliça Letizia və onu müşayiət edən baş nazir Sançes və Valensiya muxtar hökumətinin başçısı Mazon qısa müddətdə bölgəni tərk etməli olublar. 

Təxminən 100 nəfərlik qrup İspaniya kralı və siyasətçilərin üzərinə palçıq ataraq onları təhqir edib və “qatillər” deyə qışqırıblar.

Qeyd edək k, kralın fəlakət bölgələrinə səfəri xaos səbəbindən ləğv edilib.

Malik Atilay 

 





04.11.2024    çap et  çap et