ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından dövlət başçısı postuna namizəd Donald Tramp seçkidə qalib gələrsə, həm Kiyevə, həm də Moskvaya ultimatum verməklə Ukraynadakı münaqişəyə son qoya bilər.
525.az xəbər verir ki, bu barədə The Hill nəşri yazıb.
Məqalə müəllifi hesab edir ki, Tramp demokrat rəqibi olan vitse-prezident Kamala Harris və hazırkı dövlət başçısı Co Baydendən fərqli olaraq, dəyişikliklərin mühərrikinə çevrilə bilər, çünki o, “öz şərtləri ilə sülh istəyir” və hər iki tərəfə ultimatum verə bilər.
“Ukraynaya gəlincə, Tramp Amerikanın maliyyə imkanlarından istifadə edərək prezident Vladimir Zelenskini danışıqlar masası arxasına çəkəcək”, - məqalədə vurğulanıb.
Qeyd olunub ki, Ukraynada fəlakətli dərəcədə insan qıtlığı yaşanır. Cəbhə xəttində vəziyyət Rusiyanın xeyrinə inkişaf edir, lakin Ukrayna Amerikanın köməyindən kritik dərəcədə asılıdır: o, gəlməsə, cəbhə dağılacaq.
“Trampın atəşkəsə məcbur etmək mövqeyi həm ən təhlükəsiz nəticədir, həm də onun administrasiyası üçün ən faydalıdır. Bu ultimatum yerinə yetiriləcək, çünki tərəflərin danışıqlar masasına oturmaqdan başqa çarəsi yoxdur”, - The Hill yazıb.
Pərvanə Sultanova
çap et