Dünən axşam İndoneziyanın şərqində "Levotobi Laki-Laki" vulkanının püskürməsi nəticəsində azı 9 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, püskürmədən sonra yaxınlıqdakı yaşayış məntəqələrində elektrik enerjisi kəsilib, şimşək çaxması ilə müşahidə olunan leysan yağıb.
Bu isə yerli əhali arasında təşvişi artırıb.
Kraterdən atılan lava və yanar daşlar 3 km radiusdakı yaşayış evlərinə düşüb, çoxsaylı yanğınlara səbəb olub. Bu gün səhər yaxınlıqdakı yaşayış məntəqələri tamamilə küllə örtülüb.
Hakimiyyət orqanları vulkanın 20 km-də bütün əhalini təxliyə edib.
Qeyd edək ki, "Levotobi Laki-Laki" vulkanı Şərqi Nusa-Tenqara əyalətində, Flores adasında yerləşir. Vulkan sonuncu dəfə bu ilin yanvarında püskürüb.
L.Tağıyeva
çap et