Tbilisidə parlament binası yaxınlığında seçkinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası insidentsiz başa çatıb.
525.az-ın məlumatına görə, bu barədə TASS-ın hadisə yerində olan müxbiri xəbər verir.
Mitinq zamanı müxalifət liderləri seçkilərin nəticələrinin həm ölkə daxilində, həm də xaricdə tanınmaması, eləcə də yeni parlamentin ilk iclasını pozmaqdan ibarət fəaliyyət planını səsləndiriblər.
Daha sonra müxalif siyasətçilər və etirazçılar paytaxtda yürüş keçirmək qərarına gəliblər. Nümayişçilərin marşrutu boyunca avtomobillərin hərəkəti dayandırılıb.
Mitinq iştirakçıları çərşənbə axşamı saat 14:00-da İdman Sarayının yaxınlığında yenidən toplaşmaq qərarına gəliblər.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səslə seçkidə qalib olub.
İbrahim Cəfərov
çap et