NATO ilə ABŞ arasında qarşılıqlı əlaqə prezident seçkisində kimin qalib gəlməsindən asılı olmayaraq davam edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
O, bununla bağlı Berlində keçirdiyi mətbuat konfransında deyib:
“Səsvermənin nəticəsindən asılı olmayaraq, biz həm Kamala Harris, həm də Donald Trampla işləyəcəyik və Şimali Atlantika Alyansının birliyini qorumağa çalışacağıq. Buna şübhə yoxdur. Çünki qarşılıqlı əməkdaşlıq bizim ümumi maraqlarımıza cavab verir”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu gün keçiriləcək.
İbrahim Cəfərov
çap et