Suriyanın paytaxtı Dəməşq yaxınlığında partlayış səsləri eşidilib.
525.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Qolan təpələrindən Dəməşqin cənub ətraflarında mülki hədəflərə hava zərbələri endirib. Nəticədə Hizbullahın 7 üzvü öldürülüb.
“Əl-Hədat” kanalının məlumatına görə isə, Əl-Məzəri bölgəsində bir neçə partlayış səsi eşidilib. Telekanal qeyd edir ki, partlayış səslərinin eşidildiyi ərazinin yaxınlığında Hizbullahın qərargahı yeləşir.
İbrahim Cəfərov
çap et