525.Az

Barselona hava limanı çətin durumda


 

Barselona hava limanı çətin durumda<b style="color:red"></b>

Barselonanın Jozep Tarradelyas adına "El-Prat" hava limanı pis hava şəraitinə görə 50 reysin ləğv olunması barədə məlumat yayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 17 reys eyni səbəbdən başqa səmtlərə yönləndirilib.

Məlumatda o da bildirilir ki, qarşıdakı günlərdə havadan asılı olaraq, vəziyyəti nəzarətdə saxlamaq üçün monitorinq qrupu yaradılıb.

Qeyd edək ki, "El-Prat" sərnişin daşınmasına görə Kataloniyada birinci, İspaniyada isə ikincidir.

L.Tağıyeva

 





04.11.2024    çap et  çap et