525.Az

Hindistanda MiQ-29 qırıcısı qəzaya uğrayıb


 

Hindistanda MiQ-29 qırıcısı qəzaya uğrayıb<b style="color:red"></b>

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarəsi Hindistanın Uttar Pradeş ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrindən verilən yazılı açıqlamada MiQ-29 qırıcı təyyarəsinin Aqra şəhəri yaxınlığında adi təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Açıqlamada təyyarənin sistem nasazlığı səbəbindən qəzaya uğradığı, pilotun özünü təhlükəsiz yerə atdığı bildirilib.

Hindistan Hərbi Hava Qüvvələri tərəfindən qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığı qeyd edilib.

Qeyd edək ki, “Hindustan Times” qəzetinin məlumatına görə, rəsmilər qırıcı təyyarənin boş sahəyə çırpıldıqdan sonra alovlandığını, hadisə nəticəsində ölən və yaralananların olmadığını vurğulayıblar.

Malik Atilay

 





05.11.2024    çap et  çap et