525.Az

Pakistanda havanın çirklənməsinə görə təhsil dayandırılıb


 

Pakistanda havanın çirklənməsinə görə təhsil dayandırılıb<b style="color:red"></b>

Pakistanda hava çirkliliyinin rekord həddə çatdığı Lahorda bütün ibtidai məktəblərdə təhsil 1 həftə müddətinə dayandırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hakimiyyət Pakistanın Pəncab əyalətinin Lahor şəhərində davam edən havanın çirklənməsinə qarşı müxtəlif tədbirlər görüb.

Dövlət rəsmiləri havanın keyfiyyətinin azalması ilə əlaqədar şəhərdəki bütün ibtidai məktəblərdə təhsilin 1 həftə müddətinə dayandırılacağını açıqlayıb.

Pəncabın baş naziri Marriyum Aurangzeb mətbuat konfransında yüksək səviyyəli hava çirkliliyinin uşaqlar üçün təhlükəli olduğunu bildirib və məktəblərdə maskaların taxılmasının məcburi hala gətirilməli olduğunu vurğulayıb.

Malik Atilay

 





05.11.2024    çap et  çap et