|
|
|
|
"Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər. İçki və tütün xərclərinin artması həmin məhsullarının qiymətinin yüksəlməsi ilə bağlı olsa da tələbin artması da müşahidə olunur".
Millət vəkili Vüqar Bayramov bunu 525.az-a bildirib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır:
"Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır".
Sevinc Qarayeva