525.Az

Kamal Abdullanın "525"ə təbriki


 

Kamal Abdullanın "525"ə <b style="color:red">təbriki</b> “525-ci qəzetin  redaksiyasına

 

Hörmətli Rəşad müəllim!

 

Sizi bütün həmkarlarınızı “525-ci qəzetin 20 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Çətin dövrümüzün mürəkkəb mühitində, informasiya bolluğu şəraitində “525-ci qəzetşərəfli inkişaf yolu keçmiş, öz siması, mövqeyi üslubu olan mətbuat orqanı kimi oxucuların rəğbətini qazanmışdır.

 

Yüksək peşəkarların çalışdığı qəzetinizin əsas xüsusiyyətləri, fikrimcə, obyektivlik, millilik müasirlikdir. Məhz bu keyfiyyətlər bütün bu illər ərzində “525-ci qəzetə oxucularının dərin inamını yaratmışdırəqidəsindən, ictimai mövqeyindən asılı olmayaraq oxucular qəzetinizə etimad ciddiyyətlə yanaşır. Səhifələrində həyatımızın çox müxtəlif sahələriictimai, siyasi, iqtisadi, mədəni məsələləri eyni peşəkarlıqla şərh edən “525-ci qəzetmüxtəlif ixtisas sahibləri, yaşlı, orta gənc nəsil tərəfindən eyni maraqla oxunur.

 

Qəzetinizin mədəniyyət ədəbiyyat səhifələrini xüsusi qeyd etmək istərdim. “525-ci qəzetmüasir ədəbiyyatımızın, mədəniyyətimizin müxtəlif cərəyanlarını, fərqli yazarların sənət adamlarının yaradıcılığını dolğun əks etdirir. İnamla deyə bilərəm ki, “525-ci qəzetədəbi materiallarının dəyərinə, əhatəsinə aktuallığına görə respublikamızın mətbu orqanları sırasında öncüllərdən biridir. Bir filoloq yazar kimi, ədəbiyyat mədəniyyətimizə göstərdikləri diqqətə görə “525-ci qəzetin əməkdaşlarına minnətdarlığımı bildirmək istərdim.

 

Əziz525”! Sizi bir daha ürəkdən təbrik edir, can sağlığı, yeni uğurlar arzulayram.

 

Hörmətlə,  

Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü
Humanitar ictimai elmlər  bölməsinin akademik katibi v.i.e.,
prof. Kamal Abdulla

 

 

 





16.11.2012    çap et  çap et